Gələn ildən Azərbaycan paytaxtının qaz şəbəkəsinin yenidən qurulmasına başlanacaq

Gələn ildən Azərbaycan paytaxtının qaz şəbəkəsinin yenidən qurulmasına başlanacaq
# 03 fevral 2011 10:24 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə «Azəriqaz» İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev bildirib.

Onun sözlərinə görə, hazırda Almaniyanın «E.ON» və «RWE» şirkətləri ilə danışıqlar aparılır və fevralın sonunadək danışıqlar başa çatacaq: «Fevralın sonunadək «Azəriqaz» seçiləcək şirkətlə Bakının qaz sisteminin yenidən qurulması ilə bağlı layihəsinin hazırlanmasına dair memorandum imzalayacaq».

Ə.Hacıyev onu da bildirib ki, layihənin hazırlanması prosesi 2011-ci ilin sonunadək başa çatacaq, layihənin icrasına isə 2012-ci ildən başlanacaq: «Bakı şəhərinin qaz sisteminin yenidən qurulmasıişlərinə 10 ilə yaxın vaxt tələb olunacaq».

«Azəriqaz» İB-nin rəhbəri həmçinin qeyd edib ki, ümumiyyətlə, bütün işlərə 800-900 mln. avro məbləğində vəsait tələb olunur və bu vəsaitin xarici banklardan cəlb edilməsi planlaşdırılır: «Layihəni hazırlayacaq şirkət və «Azəriqaz» birgə müəssisə yaradacaq ki, kreditin xarici banklardan cəlb olunması və ümumiyyətlə bütün işlərin icrası ilə yeni yaradılacaq müəssisə məşğul olacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR