ARDNŞ-ın Ekologiya İdarəsi istilik effekti yaradan qazları inventarlaşdırır

ARDNŞ-ın Ekologiya İdarəsi istilik effekti yaradan qazları inventarlaşdırır
# 09 fevral 2011 15:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi istilik effekti yaradan qazların inventarlaşdırılmasına başlayıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu işlər «ARDNŞ-da və Şirkətin iştirak etdiyi layihələrdə səmt qazının azaldılması Planı», habelə «İqlim dəyişmələrinə təsirin azaldılması üzrə ARDNŞ-ın Strategiyası»nın icrası çərçivəsində həyata keçiriləcək.

Şirkət eyni zamanda Azərbaycanın üzv olduğu «Davamlı Üzvi Çirkləndiricilər haqqında» Stokholm Konvensiyası ilə tənzimlənən zərərli maddələrin aşkarlanması və utilizə edilməsi prosesinə də qoşulub. Bu məqsədlə ARDNŞ-ın, Əməliyyat Şirkətləri və Birgə Müəssisələrin obyektlərində Davamlı Üzvi Çirkləndiricilərin (polixlorbifenil maddəsinin) inventarlaşdırılmasına start verilib. Ekologiya İdarəsi tərəfindən həyata keçiriləcək monitorinq işləri başa çatdıqdan sonra əldə olunacaq nəticələr əsasında müvafiq hesabatın hazırlanması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR