Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma daha bir şirkət qoşulub

Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma daha bir şirkət qoşulub
# 14 fevral 2011 14:31 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən “Bahar Energy Operating Company Limited” şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalayıb.

Azərbaycan Dövlət Neft Fondundan “APA-Economics”ə verilən xəbərə görə, “Qoşulma Aktı”nı imzalamaqla “Bahar Energy Operating Company Limited” şirkəti Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti - on dördüncü hesabat dövrü (2010-cu il) üzrə Azərbaycan hökumətinə ödənişləri barədə hesabat verəcək.

Bununla MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 31-ə çatıb. Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi şirkətləri, o cümlədən ARDNŞ, “BP Azərbaycan”, “Exxon”, “Statoil”, “Total”, “Lukoil”, “Chevron”, “Shell”, “Devon Enerji” kimi böyük şirkətlər tərəfindən imzalanıb. Sonradan Memoranduma daha doqquz şirkət – “Inpex Azərbaycan”, “Binəqədi Oil”, “RAFI Oil”, “NİCO”, “Apsheron Investments Ltd”, “GDF SUEZ Eksploreyşn Kaspian B.V.”, “Azərbaycan İnterneşnl Mayninq Kompani Limited” və “Neftechala Operating Company Ltd”, “Shirvan Operating Company Limited” şirkətləri qoşulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR