Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
# 21 fevral 2011 08:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dünya bazarında Azərbaycan neftinin qiyməti aşağı düşüb.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsindən «APA-Economics»ə verilən məlumata görə, fevralın 18-də London Birjasında keçirilən hərraclarda «Azeri Light» markalı neftin 1 bareli 104,99 dollara satılıb. Bu, neftin bir gün əvvəl qeydə alınmış qiymətindən (106,26 dollar) 1,27 dollar və ya 1,2% ucuzdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR