Aşqabadda Xəzərin ekoloji problemlərinə dair beynəlxalq konfrans keçiriləcək

Aşqabadda Xəzərin ekoloji problemlərinə dair beynəlxalq konfrans keçiriləcək
# 26 fevral 2011 09:01 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Fevralın 28-də Aşqabadda Xəzər dənizindən keçəcək boru kəməri ilə bağlı ekoloji aspektlərə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

Türkmənistanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, konfransda Türkmənistan və Azərbaycan hökumətinin nümayəndələri, “Petronas”, “Dragon oil”, “Total” kimi iri neft və qaz şirkətlərinin təmsilçiləri iştirak edəcəklər.

Müzakirə olunacaq məsələlər arasında ekoloji təhlükəsizliyin təminatı, boru kəmərinin çəkilişi zamanı beynəlxalq təcrübədən istifadə, Xəzərdə karbohidrogenlərin istismarı zamanı ekoloji tələblər və normalara riayət olunması məsələləri olacaq.

Xatırladaq ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ölkənin müvafiq qurumlarına Xəzərdəki neft-qaz layihələrinin ekoloji ekspertizasını gücləndirmək tapşırığı verib. Söhbət Türkmənistanla Azərbaycan arasında Transxəzər qaz boru kəmərindən gedir. Bu kəmərin “Nabucco” layihəsinə qoşulacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR