Azərbaycanda yeni sement zavodunun inşasına dair saziş imzalanıb - YENİLƏNİB

Azərbaycanda yeni sement zavodunun inşasına dair saziş imzalanıb - <font color=red>YENİLƏNİB</font>
# 01 mart 2011 09:12 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, Azərbaycanın Qaradağ rayonunda inşa olunacaq zavodun istehsal gücü gündə 5 min ton klinker, ildə 2 mln. ton sement təşkil edəcək. Bu, Qafqazda ən iri sement istehsalı müəssisəsi olacaq.

Zavodun tikintisi ilə bağlı son iki ildə geniş elmi-texniki araşdırmalar aparılıb. Xammal mənbələrinin müəyyən olunması məqsədilə son 3 ildə 10 min hektar ərazidə geoloji axtarış işləri aparılıb, 1000 hektar sahədə qazıntı yolu ilə geoloji kəşfiyyat işləri aparılıb. 2 minə yaxın xammal nümunəsi respublikanın müxtəlif yerlərindən toplanaraq Almaniya, Fransa, Hindistan, Çin və Türkiyənin ixtisaslaşdırılmış laboratoriyalarında yoxlanılıb.

Zavod 2013-cü ilin sonunda istismara veriləcək. 400 mln. dollara başa gələcək zavod qeyri-neft sektorunda ən iri layihələrdən biri olacaq. Bilavasitə zavodda 400 nəfər, xammal mənbələrində 100-150 nəfər işləyəcək. Ümumilikdə istehsaldan satışa qədər, o cümlədən kimya, nəqliyyat, yanacaq, qida və digər xidmət sahələrində 2500 nəfər layihədən bəhrələnəcək.

“Norm” MMC-nin baş direktoru İsmayıl Erkova bildirib ki, zavod fəaliyyətinin ilk 10 ilində büdcəyə 200 mln. manat vergi ödəyəcək. Burada ildə 100 min ton quyu sementi buraxılacaq ki, bu da təkcə Azərbaycanın yox, qonşu ölkələrin də neft sənayesinin ehtiyaclarını ödəyəcək.

Qeyd edək ki, “Norm” MMC 2006-cı ildə sement istehsalının yaradılması və hazır məhsulun Azərbaycan bazarında satışı məqsədilə təsis olunub. 2007-ci ildə xaricdən Azərbaycana 2,2 mln. ton, 2008-də 3 mln. ton, 2009-cu ildə isə 2,3 mln. ton sement idxal olunub. Qızıldaş Sement Zavodu Azərbaycanın idxal etdiyi sementin böyük hissəsini yerli məhsulla əvəz etməyə imkan verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR