Kulevi terminalından göndərilən neft və neft məhsullarının həcmi fevralda 27% azalıb

Kulevi terminalından göndərilən neft və neft məhsullarının həcmi fevralda 27% azalıb
# 02 mart 2011 11:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Kulevi Qara Dəniz Terminalı (Gürcüstan) 2011-ci ilin fevral ayı ərzində 302,436 min ton neft və neft məhsulları qəbul edib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, həmin ay terminal vasitəsi ilə 244,477 min ton neft və neft məhsulu dünya bazarlarına göndərilib.

Fevralda terminal vasitəsilə yanvar ayı ilə müqayisədə 27% az neft və neft məhsulu ötürülüb ki, bu da mürəkkəb hava şəraiti ilə bağlı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR