Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev: «Petkim»in Türkiyə bazarında payı 3 dəfə artırılacaq»

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev: «Petkim»in Türkiyə bazarında payı 3 dəfə artırılacaq»
# 02 mart 2011 14:34 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. «Petkim Holding»in Türkiyə bazarında payının indiki 10-15%-dən 40%-ə çatdırılması istiqamətində kompleks tədbirlər görülür. «APA-Economics»in xəbərinə görə, bu barədə holdinqin səhmdarı olan Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev gənclərlə görüşündə açıqlama verib.

Onun sözlərinə görə, Türkiyənin Əliağa əyalətində 10 mln. ton istehsal gücü olan neft emalı zavodunun tikintisi 5 mlrd. dollara başa gələcək. Zavod işə düşəndən sonra «Petkim»in kimya məhsulları bazarında payı 40%-ə, neft məhsulları bazarında payı isə 20%-ə çatacaq.

Qeyd edək ki, ARDNŞ «Petkim Holding»də 51% paya malikdir. İnşa olunacaq zavodun illik gücü ilkin olaraq 8-10 mln. ton planlaşdırılsa da, dəqiq rəqəmlər zavodun texniki iqtisadi əsaslandırması hazırlandıqdan sonra məlum olacaq.

ARDNŞ prezidenti qeyd edib ki, hazırda Azərbaycan nefti dünyanın bir çox ölkəsində satılır: «İsveçrədə yaradılmış «SOCAR Trading» şirkəti təkcə Azərbaycan neftini deyil, başqa ölkələrin də neftini satır. Hazırda onun satdığı neftin 20%-ə qədəri başqa ölkələrin neftidir, 2012-ci ildə isə bu rəqəm 50%-ə çatacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR