Azərbaycan prezidenti İlham Əliyev Nikolay Baybakovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev Nikolay Baybakovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb
# 02 mart 2011 16:02 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Nikolay Baybakovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, 2011-ci ilin mart ayında tanınmış ictimai xadim, Azərbaycanda neft sənayesinin inkişafına böyük töhfələr vermiş Sosialist Əməyi Qəhrəmanı Nikolay Konstantinoviç Baybakovun 100 illiyini tamam olması münasibətilə Bakı Şəhər İcra Hakimiyyətinə şəhərin küçələrindən birinə N. Baybakovun adının verilməsini, Sabunçu rayonundakı 67 nömrəli məktəbin qarşısında onun büstünün qoyulmasını və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Balaxanıneft” Neft və Qazçıxarma İdarəsinin inzibati binasına xatirə lövhəsinin vurulmasını təmin etmək tapşırılıb.

Sənaye və Energetika Nazirliyi isə Təhsil Nazirliyi və ARDNŞ ilə birlikdə N. Baybakovun fəaliyyətinə həsr olunmuş konfrans keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR