ARDNŞ fevralda qazma işlərini artırıb

ARDNŞ fevralda qazma işlərini artırıb
# 10 mart 2011 11:53 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) bu ilin fevral ayında 14 240 metr qazma işi həyata keçirib. Bu, yanvar ayına nisbətən 32% çoxdur.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu işlərin 14 045 metri istismara, 195 metri kəşfiyyata aid olub. Kəşfiyyat qazmasının 112 metri struktur axtarış qazması ilə bağlı olub.

Ümumiyyətlə, 2011-ci ilin yanvar-fevral aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 25 026 metr qazma işi görülüb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7% artıqdır. Bunun da 24 037 metri istismara, 989 metri kəşfiyyata (o cümlədən, 493 metr struktur axtarış qazması) aid olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR