Azərbaycanda yanvar-fevral aylarında sənaye istehsalı 4,3% artıb

Azərbaycanda yanvar-fevral aylarında sənaye istehsalı 4,3% artıb
# 14 mart 2011 10:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 4,9 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,3% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sənaye məhsulunun 74,3%-i mədənçıxarma bölməsində, 19%-i emal bölməsində, 6,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Bununla yanaşı, yanvar-fevral aylarında sənayenin qeyri-neft bölməsində məhsul istehsalı 8,9% artıb, özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 80,7%-ni təşkil edib, ümumi istehsalın 92%-i sənaye mallarının (əmtəələrin), 8%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR