“Bakıelektrikşəbəkə” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Bakıelektrikşəbəkə” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
# 18 mart 2011 14:58 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Bakıelektrikşəbəkə” ASC-nin əməkdaşları Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, şəbəkə istehlakçıların, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.

Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Bundan başqa, tədbirlərin keçirildiyi günlərdə aparılması nəzərdə tutulan bütün işlərin müvəqqəti olaraq dayandırılacaq.

Abunəçilərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunması üçün şəbəkədə əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib.

“Bakıelektrikşəbəkə” ASC abunəçilərdən xahiş edir ki, yarana biləcək hər hansı problemlər haqqında “199 - Qəza Xidməti”nə zəng vuraraq məlumat versinlər. Şəbəkə əmin edir ki, operativ qruplar yaranmış fasilələrin dərhal aradan qaldıracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR