Azərbaycanın bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycanın bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
# 29 mart 2011 06:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycanın bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq saat 09:00-dan 18:00-dək «Ağdaş» və «Şəmsabad» qazpaylayıcı stansiyalarında, Dağkəsəmən avtomatlaşdırılmış qazpaylayıcı stansiyasında, Köçəsgər qazpaylayıcı stansiyasından Ağstafa rayonuna gedən qaz kəmərində, həmçinin Şamaxı, Mədrəsə və Çuxuryurd açıq qazpaylayıcı stansiyalarında təbii qazın təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Ağstafa rayonunun Poylu, Taplı, Dağkəsəmən kəndlərinin, eləcə də Ağdaş və Şamaxının qaz təchizatında məhdudiyyətlər yaranacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR