Misir xarici ölkələrlə bağlanmış bütün qaz sazişlərinə yenidən baxacaq

Misir xarici ölkələrlə bağlanmış bütün qaz sazişlərinə yenidən baxacaq
# 14 aprel 2011 08:13 (UTC +04:00)
Bakı - APA-Economics. Misirin baş naziri Essam Şərəf qazın nəqlinə dair xarici tərəfdaşlarla bağlanmış bütün müqavilələrə yenidən baxılmasına dair sərəncam verib.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, sözügedən tərəfdaşlar arasında İsrail və İordaniya da var.

Müqavilələrə onların “Misirə maksimum sərfəli və layiq olan qiymətlərlə” bağlanıb-bağlanmadığını müəyyənləşdirmək üçün yenidən baxılacaq. Bu gün E.Şərəf qaz sazişləri ilə bağlı İordaniyanın energetika naziri Xalid Tuqanla görüşəcək. Əgər sazişlər Misirin istəyinə uyğun olaraq yenidən imzalanarsa, dövlət büdcəsinə əlavə 3-4 mlrd. dollar vəsait daxil olacaq.

Qeyd edək ki, İsrailin qaza olan tələbatının 40%-ni Misir ödəyir. Ötən ilin dekabr ayında İsrailin dörd şirkəti Misirlə 20 il müddətinə ümumi dəyəri 5-10 mlrd. dollar arasında olan müqavilə imzalayıb.

Misir qaz ehtiyatlarının həcminə (1,656 trln. kubmetr) görə dünyada 22-ci yeri tutur və hər il 8,55 mlrd. kubmetr qaz ixrac edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR