Goranboy rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Goranboy rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
# 14 aprel 2011 15:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Cari təmir işləri ilə əlaqədar 2011-ci ilin aprelin 15-də saat 10:00-dan 17:00-dək Goranboy qazpaylayıcı stansiyasından gedən 273 mm-lik orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq. Bu barədə “APA-Economics”ə Azərbaycan Dövlət Neft Şirkətindən verilib.

Təmir işləri aparılan müddətdə Goranboy şəhərinin, eləcə də rayonun Qızılhacılı, Nərimanlı, Zeynallı, Balakürd və Rəhimli kəndlərinin qaz təchizatında məhdudiyyətlər yaranacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR