Azərbaycandan Qara dənizədək yeni neft kəməri çəkilə bilər

Azərbaycandan Qara dənizədək yeni neft kəməri çəkilə bilər
# 18 aprel 2011 08:06 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, bunu Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov bu gün Bakıda işə başlayan V Xəzər Neft-Qaz, Ticarət və Nəqliyyat Konfransında çıxışında bildirib.

Onun sözlərinə görə, qarşıdakı illərdə Azərbaycan ərazisindən neftin tranzit nəqlinin artacağı ilə əlaqədar olaraq ölkədə yeni neft kəmərinin tikintisi nəzərdə tutulur: «Artıq 2015-ci ilə Xəzər regionunda neft hasilatı illik 100-115 mln. tona çatacaq ki, bu da regiondan neftin ixracı marşrutlarında qıtlıq yaradacaq. Ona görə də 2025-ci ilədək regionda yeni neft kəmərlərinin və marşrutlarının yaradılması gözlənilir ki, bunların da ümumi buraxılış gücü indikindən 80 mln. ton artıq olacaq. O cümlədən, Azərbaycan ərazisindən tranzit neft daşımalarının həcminin ildə 25-60 mln. tona qədər artacağı gözlənilir. Bununla əlaqədar Bakıdan Qara dənizədək yeni neft kəmərinin çəkilməsi istisna olunmur».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR