ARDNŞ Qazaxıstan, Rusiya və Avropada şirkətlər almağı planlaşdırır

ARDNŞ Qazaxıstan, Rusiya və Avropada şirkətlər almağı planlaşdırır
# 30 aprel 2011 12:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyəyə 7 ildə 17 milyard dollar sərmayə yatırmağı planlaşdırır. APA-nın «İhlas» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Bursa Ticarət və Sənaye Palatası tərəfindən keçirilmiş tədbirdə «Petkim»in satış və ixracat şöbəsinin müdiri Sakit Səmədov bildirib.

ARDNŞ-in Türkiyəyə yeni sərmayələr yatırmağa hazırlaşdığını deyən S. Səmədovun sözlərinə görə, bu imkanlar hesabına Türkiyənin neft-kimya sektorunda mühüm böyümə olacaq.

“Buraya liman, yeni neftayırma zavodu, yeni neft-kimya müəssisələri və hələ açıqlamadığımız bəzi layihələr daxildir. Qarşıdakı aylarda yeni neftayırma zavodunun yüksək səviyyəli rəsmilərin iştirakı ilə təməlqoymasını keçirəcəyik. «Petkim»in bəzi müəssisələrində istehsal artımları da olacaq», - deyə şirkət rəsmisi əlavə edib.

Azərbaycanda 20 milyard dollarlıq yeni sərmayə proqramının olduğunu deyən S. Səmədov ARDNŞ-in eyni zamanda Qazaxıstan, Rusiya və Avropada bir neçə şirkəti satın alaraq, bu sahədə əhəmiyyətli nəticələr əldə etməyi hədəflədiyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR