Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri apreldə 6,3% yüksəlib

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri apreldə 6,3% yüksəlib
# 13 may 2011 08:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Aprel ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 6,3% bahalaşıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Komitədən qeyd olunub ki, ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 7,5% bahalaşıb.

«Aprel ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 101,1% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri əvvəlki aya nisbətən metallurgiya sənayesi üzrə 21,5%, toxuculuq sənayesi üzrə 18,6%, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 8,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 5,6%, kimya sənayesi üzrə 3,9%, elektrik avadanlıqlarının istehsalı üzrə 1,8%, geyim istehsalı üzrə 1,2%, qida məhsullarının istehsalı üzrə 1,3%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 1%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 0,7%, içki və mebel istehsalı üzrə 0,6%, kağız və karton istehsalı üzrə 0,3% bahalaşıb, maşın və avadanlıqların istehsalı üzrə 4%, tütün məmulatlarının istehsalı üzrə 2,1%, tikinti məmulatlarının istehsalı üzrə 1,2%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı və poliqrafiya fəaliyyəti üzrə isə 0,2% ucuzlaşıb», - deyə DSK-dan bildirilib.

Bununla yanaşı, ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə istehsalçı qiymətləri 0,1% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə istehsalçı qiymətlərində heç bir dəyişiklik müşahidə olunmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR