Bu ilin I rübündə BTC vasitəsilə 69 mln. barel neft nəql edilib

Bu ilin I rübündə BTC vasitəsilə 69 mln. barel neft nəql edilib
# 17 may 2011 10:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin birinci rübündə Səngəçal terminalı vasitəsilə 78 mln. barel neft ixrac edilib.

Layihənin operatoru BP şirkətindən «APA-Economics»ə verilən məlumata görə, birinci rübdə Bakı-Tiflis-Ceyhan (BTC) kəməri vasitəsilə 68,7 mln. barel, Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə 7,5 mln. barel, dəmir yolu vasitəsilə 1,8 mln. barel neft ixrac edilib.

Bundan əlavə, rüb ərzində terminaldan gündəlik orta hesabla 16,2 mln. kub metr, yəni ümumilikdə 1 mlrd. 458 mln. kubmetr təbii qaz nəql edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR