ARDNŞ Daşkənddə keçirilən beynəlxalq neft-qaz sərgisində iştirak edir

ARDNŞ Daşkənddə keçirilən beynəlxalq neft-qaz sərgisində iştirak edir
# 18 may 2011 12:25 (UTC +04:00)
Bakı. Əhməd Yusifzadə - APA-Economics. Daşkənddə “Özbəkistanın neft və qazı - OGU 2011” beynəlxalq sərgisi keçirilir.

APA-Economics”in Özbəkistan hökumətinin saytına istinadən xəbərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tədbirdə ilk dəfə olaraq öz stendi ilə iştirak edir.

ARDNŞ-nin inzibati şöbəsinin müdir müavini Rüfət Zamanov bildirib ki, Azərbaycan hökuməti Özbəkistanla əlaqələrin genişlənməsinə xüsusi diqqət yetirir: “Dövlət başçılarımızın görüşlərində əldə olunmuş razılaşmalar bizim üçün geniş perspektivlər açır. ARDNŞ geoloji kəşfiyyat işlərindən tutmuş neft-qaz ixracına qədər tam istehsal zəncirinə malikdir. Mərkəzi Asiya regionunun əsas neft-qaz forumlarından birində iştirak etməklə biz özbək həmkarlarımızla sıx əlaqələr və qarşılıqlı faydalı əməkdaşlıq qurmaq niyyətindəyik”.

Qeyd edək ki, sərgidə dünyanın 26 ölkəsindən 200-dən çox şirkət iştirak edir. Tədbir “Özbəkneftqaz” Milli Holdinq Şirkəti, Özbəkistanın Xarici İqtisadi Əlaqələr, İnvestisiyalar və Ticarət Nazirliyi, Ticarət-Sənaye Palatası və Daşkənd şəhər İdarəsi tərəfindən təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR