Azərbaycan nefti büdcədəki proqnozdan 43% bahadır

Azərbaycan nefti büdcədəki proqnozdan 43% bahadır
# 03 avqust 2011 12:17 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin iyul ayında dünya bazarında Azərbaycan neftinin orta qiyməti 119,99 dollar/barel təşkil edib. Bu barədə «APA-Economics»ə Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsindən məlumat verilib.

Məlumata görə, ümumilikdə ilin əvvəlindən indiyədək – ilk 7 ayda neftin orta qiyməti 115,18 dollar təşkil edib.

Xatırladaq ki, 2011-ci ilin dövlət büdcəsində neftin baza qiyməti 80 dollar/barel nəzərdə tutulub. Başqa sözlə, hazırda neftin real qiyməti büdcədə nəzərdə tutulan proqnozdan 43% artıqdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR