Azərbaycanda gübrə zavodunun inşası ilə bağlı tender keçirilir

Azərbaycanda gübrə zavodunun inşası ilə bağlı tender keçirilir
# 05 avqust 2011 11:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Sumqayıtda azot gübrəsi - karbamid zavodunun tikintisinə hazırlaşır. Şirkət zavodun «açar təhvili» şərti ilə tikintisi işlərinin satın alınması məqsədilə baş podratçının seçilməsi üçün açıq tender elan edib. Tender şərtlərinə əsasən, gündəlik gücü 2000 ton olan təbii qaz əsaslı azot gübrəsi - karbamid zavodu Sumqayıt şəhərində ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin ərazisində tikiləcək. Müəssisədə ammonyak və karbamid istehsalatı, eləcə də, karbamidin qranulyasiya bölməsi olacaq.

ARDNŞ-dan «APA-EConomics»ə verilən məlumata görə, tender şərtlərinə əsasən, müsabiqədə son 10 ildə beynəlxalq iş təcrübəsinə malik, yəni ammonyak və karbamid zavodlarının layihələndirilməsi, təchizat və tikintisini «açar təhvili» şərti ilə və ya layihələndirilmə, təchizat və tikintiyə nəzarəti həyata keçirmiş, texniki və maliyyə imkanları, işçi qüvvəsi olan iddiaçılar iştirak edə bilər.

Tenderin şərtlər toplusunu əldə etmək üçün sentyabrın 15-dək ARDNŞ-in bank hesabına köçürmə yolu ilə 30 min avro məbləğində iştirak haqqı ödənilməlidir. İddiaçılar tender təklifini dekabrın 15-dək Tender Komissiyasına təqdim etməlidir. Zərflərin açılışı isə dekabrın 20-də ARDNŞ-in baş ofisində keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR