Azərbaycan Dövlət Neft Şirkəti və «Russneft» birgə müşavirə keçirib

Azərbaycan Dövlət Neft Şirkəti və «Russneft» birgə müşavirə keçirib
# 12 avqust 2011 16:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndələri ilə «Russneft» şirkətinin təmsilçiləri arasında birgə müşavirə keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, müşavirədə ARDNŞ-nın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident Rəhman Qurbanov, müvafiq idarə və şöbələrin mütəxəssisləri, «Russneft» şirkətinin birinci vitse-prezidenti Sergey Baxir, Elmi-texniki mərkəzin direktoru Aleksandr Kundin, «Qlobal Energy Azerbaijan» şirkətinin prezidenti İqor Kirdoda, eləcə də əməliyyat şirkətlərinin rəhbərləri iştirak edib.

Tədbirdə əməliyyat şirkətlərinin istehsalat göstəriciləri geniş təhlil edilib, mövcud problemlər hərtərəfli araşdırılıb və perspektiv fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Neft-qaz hasilatının artırılması, istehsalatda elmi-texniki yeniliklərin geniş tətbiqi, texniki təhlükəsizliyin təminatı və ətraf mühütün mühafizəsi ilə əlaqədar məsələlər barəsində konkret təkliflər nəzərdən keçirilmiş, bu istiqamətlərdə uzunmüddətli fəaliyyət proqramlarının hazırlanıb həyata keçirilməsi qərara alınıb. Tərəflər qəbul edilmiş qərarların vaxtında icrası və müvafiq görüşlərin vaxtaşırı təşkil edilməsinin zəruriliyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR