Azərbaycanda 2 yeni qazma qurğusu tikiləcək

Azərbaycanda 2 yeni qazma qurğusu tikiləcək
# 12 avqust 2011 16:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dövlət Neft Şirkəti ən müasir standartlara uyğun 2 üzən qazma qurğusu inşa etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib ki, hazırda şirkət iri geologiya işləri həyata keçirməyə başlayıb: «Ümid» yatağından sonra biz «Babək» yatağında da geologiya işləri həyata keçirmək istəyirik, bundan başqa, bp şirkəti ilə birlikdə «Şəfəq»-«Asiman» strukturlarında da işlərimiz var. Bundan başqa, «Abşeron» yatağında «Total» şirkəti ilə birlikdə qazma işləri aparılır”. ARDNŞ rəhbərinin sözlərinə görə, bütün bu işlərin davam etdirilməsi və yeni quyuların qazılması üçün şirkətin mövcud qurğuları kifayət eləmir və buna görə də, yeni qazma qurğularının qurulması qərara alınıb. Qərara əsasən ARDNŞ iki ən müasir qazma qurğusu tikməyə hazırlaşır. Bu qurğular Azərbaycanda yeni gəmiqayırma zavodunda inşa ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR