Azərbaycan əczaçılıq məhsullarının istehsalını 16% azaldıb

Azərbaycan əczaçılıq məhsullarının istehsalını 16% azaldıb
# 24 avqust 2011 09:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 163,8 mln. manatlıq və ya ötən ilin eyni dövrünə nisbətən 14,7% çox məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin yeddi ayı ilə müqayisədə məhsul istehsalı kimya sənayesində 50%, rezin və plastmas məmulatların istehsalında 6,3% artıb, əczaçılıq məhsullarının istehsalında isə 16,1% azalıb.

«Əsas kimya məhsullarından polietilenin istehsalında 80%, kaustik sodanın istehsalında 3,6 dəfə, propilenin istehsalında 20,2% artım müşahidə olunub. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların istehsalı 25,7%, polimer örtüklərin istehsalı isə 80% artıb», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR