Rusiya hökuməti Azərbaycanla enerji sistemlərinin fəaliyyətinə dair saziş layihəsini bəyənib

Rusiya hökuməti Azərbaycanla enerji sistemlərinin fəaliyyətinə dair saziş layihəsini bəyənib
# 10 noyabr 2011 12:28 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Rusiya hökuməti Azərbaycan və Rusiya arasında imzalanacaq iki ölkənin enerji sistemlərinin paralel fəaliyyətinin təmin olunması haqqında saziş layihəsini bəyənib.

APA-Economics”in Rusiya KİV-nə istinadən xəbərinə görə, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti açıqlama yayıb.

Layihəyə əsasən, Azərbaycan və Rusiya öz enerji sisteminə verilməsi planlaşdırılan elektrik enerjisinin həcmini hər il razılaşdıracaq, həmçinin enerji obyektlərinin lazımi texniki vəziyyətini və istismarını təmin edəcəklər.

Sazişin yerinə yetirilməsinə nəzarəti Rusiya tərəfdən “İnter RAO EES” ASC, “FSK EES” ASC və “EES Sistem Operatoru” ASC, Azərbaycan tərəfdən isə “Azərenerji” ASC həyata keçirəcək.

Saziş qeyri-müəyyən müddətə bağlanacaq və qüvvəyə mindikdən bir il sonra tərəflərdən hər hansı birinin istəyi ilə ona xitam verilə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR