Azərbaycanda istehlakçıya yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisinin dayandırılması qadağan olunacaq

Azərbaycanda istehlakçıya yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisinin dayandırılması qadağan olunacaq
# 11 noyabr 2011 12:25 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə açıqlamasında millət vəkili Zahid Oruc məlumat verib.

Bu qanunlara dəyişikliklərin istehlakçıların hüquqlarının qorunması sahəsində bir addım olduğunu deyən millət vəkilinin sözlərinə görə, layihə parlamentə Azərbaycan prezidentinin imzası ilə daxil olub.

Dəyişiklikdə qeyd olunub ki, elektrik enerjisinin və qazın dəyərini vaxtında ödəməyən şəxslərə yönəlmiş dayandırma qərarları verilə bilər. Lakin elektrik və istilik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisinin dayandırılması qadağandır.

«Yəni bu o deməkdir ki, istehlakçı xəbərdar olunmadan onun xətləri kəsilə bilməz. Bu son dərəcə önəmli bir dəyişiklikdir», - deyə Z. Oruc vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, hər iki qanuna bir il əvvəl edilmiş son dəyişikliklərə əsasən enerji təchizatının verilməsi və dayandırılması fərdi qaydada həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR