Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin nəqli 13% azalıb

Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin nəqli 13% azalıb
# 11 noyabr 2011 13:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin oktyabr ayı ərzində 2 815,986 min ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb. Bu, sentyabr ayına nisbətən 5,7% çox, ötən ilin oktyabrına nisbətən isə 13% azdır.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, oktyabrda Ceyhan limanından dünya bazarına çıxarılan Azərbaycan neftinin 2 213,947 min tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Ümumilikdə, yanvar-oktyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 27 572,161 min ton olub. Bu, ötən ilin ilk 10 ayındakı göstəricidən 11,4% azdır. Ümumiyyətlə, BTC istismara verilən gündən 2011-ci il noyabrın 1-ə qədər Ceyhan limanından 169 506,362 min Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR