Azərbaycan yaxın illərdə sement istehsalını kəskin artıracaq

Azərbaycan yaxın illərdə sement istehsalını kəskin artıracaq
# 14 noyabr 2011 10:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın 4 ildə Azərbaycanda sement istehsalının 3,6 dəfə artacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə ölkə hökumətinin hazırladığı proqnozda bildirilir.

Proqnoza əsasən, bu il ölkədə 1 271,3 min ton sement istehsal olunacaq ki, gələn il bu göstərici 27,9% artaraq 1 625,7 min tona çatdırılacaq.

Bundan başqa, 2013-cü ildə Azərbaycan sement istehsalını bir qədər də artıraraq 1 892,5 min tona, 2014-cü ildə əvvəlki ilə nisbətən 2,4 dəfə artıraraq 4 560,6 min tona, 2015-ci ildə isə əvvəlki ilə nisbətən demək olar ki, dəyişməz qalaraq 4 560,4 min tona çatdıracaq.

Göründüyü kimi, yaxın 4 il ərzində ölkədəki sement istehsalının 2014-cü ildə rekord həddə çatacağı gözlənilir.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 036,4 min ton sement istehsal olunub, bu da ötən ilin analoji dövrünə nisbətən 6,9% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR