Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini oktyabrda 15% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini oktyabrda 15% artırıb
# 15 noyabr 2011 08:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin oktyabr ayında dövlət büdcəsinə 128,944 mln. manat həcmində vəsait ödəyib ki, bu da ötən ilin oktyabr ayına nisbətən 16,611 mln. manat və ya 14,8% çoxdur.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ümumiyyətlə, 2011-ci ilin yanvar-oktyabr aylarında ARDNŞ tərəfindən büdcəyə 1 082,806 mln. manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 122,491 mln. manat və ya 12,8% çoxdur.

Bundan başqa, cari ilin oktyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11,648 mln. manat vəsait köçürüb. Bu göstərici ötən ilin oktyabr ayına nisbətən 386 min manat və ya 3,4% çox olub. Ümumiyyətlə, 2011-ci ilin yanvar-oktyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 111,655 mln. manat təşkil edib və bu, 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,899 mln. manat və ya 2,7% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR