Azərbaycan-İsveçrə danışıqlarında Trans-Adriatik boru xətti layihəsinə xüsusi diqqət ayrılıb

Azərbaycan-İsveçrə danışıqlarında Trans-Adriatik boru xətti layihəsinə xüsusi diqqət ayrılıb
# 15 noyabr 2011 08:54 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Bakıda başa çatan Azərbaycan-İsveçrə danışıqlarında əsas diqqət 2007-ci ildə imzalanmış Anlaşma Memorandumunun icrasına yönəlib.

APA-Economics”in məlumatına görə, bu barədə İsveçrənin Azərbaycandakı səfirliyinin bu ölkənin enerji, ətraf mühit, rabitə və nəqliyyat naziri xanım Doris Loytardın Bakıda apardığı danışıqların yekunu barədə yaydığı məlumatda deyilir.

Açıqlamaya görə, prezident İlham Əliyev, sənaye və energetika naziri Natiq Əliyev, ekologiya və təbii ehtiyatlar naziri Hüseyn Bağırovla görüşlər keçirən İsveçrə nümayəndə həyəti enerji layihələrinin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparıblar. Bu mənada özəl şirkətlərin enerji sektoruna sərmayə imkanları və bu sahədə əməkdaşlığı sadələşdirəcək addımlar müzakirə edilib, Trans-Adriatik boru xətti layihəsinə xüsusi diqqət ayrılıb.

İsveçrənin EGL şirkətinin iştirak etdiyi Trans-Adriatik boru xətti (TAP) layihəsi Azərbaycandan Türkiyə, Yunanıstan və Albaniyanı keçməklə 10 mlrd. kubmetr təbii qazı İtaliyaya nəql etməyi ehtiva edir. Layihə 2017-ci ilə kimi istismara verilməlidir. Təmaslar zamanı habelə bərpa olunan enerji mənbələri və enerji effektivlyi sahəsində iki dövlətin müştərək işləyə biləcəyi istiqamətlər barədə müzakirələr aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR