“Qazprom” Avropaya satdığı qazın qiymətini aşağı salacaq

“Qazprom” Avropaya satdığı qazın qiymətini aşağı salacaq
# 22 noyabr 2011 09:10 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın “Qazprom” şirkəti 2012-ci ilin I rübündə avropalı istehlakçılar üçün qazın qiymətini bir qədər aşağı salmağı planlaşdırır. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Serbiyada səfərdə olan şirkətin rəhbəri Aleksey Miller bildirib.

Onun sözlərinə görə, hazırda bu ilin noyabr ayında avropalı istehlakçılar hər min kubmetr Rusiya qazı üçün 446 dollar ödəyiblər.

“Bu il “Qazprom” Avropaya 152 mlrd. kubmetr qaz ixrac etmək niyyətindədir. Gələn il isə bu göstərici daha da artıq olacaq” - deyə A.Miller qeyd edib.

Bundan əvvəl “Qazprom” Avropaya qaz satışını 2012-ci ildə 8% artıraraq, 164 mlrd. kubmetrə çatdırılacağını bəyan edib. artım noyabr ayında işə salınmış “Şimal axını” qaz kəmərinin hesabına baş verəcək. “Şimal axını” Baltik dənizi vasitəsilə Rusiyanın Leninqrad vilayətinin Vıborq şəhərindəki Portovaya buxtasından Almaniyanın Qrayfsvald rayonuna qədər uzanan qaz kəməridir. Kəmərin uzunluğu 1200 km-dir. Layihənin səhmdarları sırasına “Qazprom” (51%), Almaniyanın “E.On Ruhrgas” (15,5%) və “Wintershall AG” (15,5%), Hollandiyanın N.V. Nederlandse Gasunie (9%) və Fransanın “GDF Suez” (9%) şirkətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR