Gürcüstan Azərbaycandan qaz idxalını 30% artırır

Gürcüstan Azərbaycandan qaz idxalını 30% artırır
# 22 noyabr 2011 13:28 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Gürcüstan Neft-Qaz Korporasiyasının baş direktoru Zurab Cancqava bildirib.

Onun sözlərinə görə, idxalın həcminin artırılması yeni reallıqların tələbi, o cümlədən Gürcüstan prezidentinin “Hər bir ailəyə qaz” proqramının reallaşdırılması və ölkədə istehsal gücünün artırılması ilə bağlıdır.

Z.Cancqava qaz idxalının artırılması Azərbaycan və Gürcüstanı birləşdirən magistral qaz kəmərinin yeni sahəsinin tikintisi ilə bağlıdır.

Qeyd edək ki, ötən il Azərbaycan Gürcüstana 800 mln. kubmetr qaz ixrac edib. bu isə Gürcüstanın qaza olan tələbatının 55%-i deməkdir. Cari ildə bu göstəricini 900 mln. kubmetrə çatdırmaq planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR