Azərbaycanın sənaye və energetika naziri «Itochu» şirkətinin icraçı vitse-prezidentini qəbul edib

Azərbaycanın sənaye və energetika naziri «Itochu» şirkətinin icraçı vitse-prezidentini qəbul edib
# 24 noyabr 2011 14:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda səfərdə olan Yaponiyanın «Itochu» şirkətinin icraçı vitse-prezidenti Eyzo Kobayasinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.

Onun sözlərinə görə, görüşdə Azərbaycanla Yaponiya arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb ki, hər iki tərəf hazırkı əlaqələrin səviyyəsindən məmnun olduğunu bildirib.

«Nazir Natiq Əliyev Yaponiya şirkətlərinin Azərbaycanın enerji sektorundakı fəaliyyətinin önəmini qeyd edib, iki ölkə arasında bu əlaqələrin qeyri-neft sektorunda da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib», - deyə A.Mənsimli qeyd edib.

Bununla yanaşı, görüşdə sənaye sektorunda əlaqələrin inkişafı, alternativ bərpa olunan enerji sahəsində birgə işlərin həyata keçirilməsi müzakirə olunub. N.Əliyev qonaqlara ölkədə enerji sektorunda həyata keçirilən layihələrdən, o cümlədən «Şahdəniz» layihəsinin ikinci fazası, «Abşeron» və «Ümid» yataqlarının işlənməsi layihələri barədə ətraflı məlumat verib.

Qeyd edək ki, hazırda Yaponiya şirkətləri Azərbaycanda enerji, neft-qaz hasilatı istiqamətində, yataqların işlənməsində müxtəlif layihələrdə iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR