Balakən rayonunun iki yaşayış məntəqəsinə təbii qaz verilib

Balakən rayonunun iki yaşayış məntəqəsinə təbii qaz verilib
# 28 noyabr 2011 13:15 (UTC +04:00)
Balakən Vüqar Heydərov - APA. Balakən rayonunun iki yaşayış məntəqəsinə ilk dəfə olaraq təbii qaz verilib.

Balakən rayon İcra Hakimiyyətindən (İH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Dövlət Proqramı çərçivəsində bu gün Balakən rayonunun iki yaşayış məntəqəsinə təbii qazın verilməsinə başlanılıb.
Balakən şəhərinin Yeni Yaşayış massivi istiqamətində 8 km uzunluğunda qaz boru xətti çəkilib. Eyni zamanda 150 ailənin mənzilində sayğaclar quraşdırılaraq təbii qazın verilməsinə başlanılıb. İlin sonuna kimi bu ərazidə daha 7 km qaz xəttinin çəkilməsi və 100 ailənin təbii qazla təmin olunması nəzərdə tutulur.

Daha sonra rayonun Kortala kəndinə qazın verilməsi ilə bağlı açılış mərasimi keçirilib. Tədbirdə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, “Azəriqaz” İB-nin rəsmisi Elman Abbasov, müvafiq təşkilat nümayəndələri və yerli sakinlər iştirak edib. Balakən RİH-in başçısı İ.Rzayev çıxışında Kortala kəndinə 51 km uzunluğunda polietilen borularla qaz xətti çəkildiyini və 650 ailənin mənzilində sayğac quraşdırıldığını bildirib.

“Azəriqaz” İB-nin nümayəndəsi E.Abbasov bildirib ki, bütün bu işlər dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilib. İlin sonuna kimi Balakənin daha bir neçə kəndinə qazın verilməsi təmin olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR