“Royal Dutch Shell” İrandan 1,5 mln. barel xam neft alıb

“Royal Dutch Shell” İrandan 1,5 mln. barel xam neft alıb
# 05 mart 2012 07:59 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumatda bir müddət əvvəl “Royal Dutch Shell” rəhbərliyinin Avropa Birliyinin 2012-ci il yanvarın 23-də İrandan xam neft idxalına tətbiq etdiyi sanksiyalara qoşulacağını bəyan etməsinə baxmayaraq, qərara əməl etmədiyi bildirilib. Belə ki, martın 3-də İran Neft Tankerləri Şirkətinə məxsus bir gəmi Sinqapurun Bukum limanına yaxınlaşaraq, İran neftini “Royal Dutch Shell” bu bölgədə inşa etdiyi neftayırma zavoduna təhvil verib. Xəbərdə gəminin yükünü gündəlik 500 min barel neft məhsulları istehsal edən neftayırma zavoduna təslim etdiyi və “Royal Dutch Shell”in həmin nefti İrandan satın almasının öz təsdiqini tapdığı vurğulanıb.

Bu arada Yaponiyanın “Japan Times” qəzeti rəsmi Tokionun İrandan xam neft idxalını davam etdirməsinin vacib olduğunu yazıb: “İran son 200 ildə heç bir ölkəyə hücum etməyib. Qərbin İranın nüvə silahı istehsal etməsi ilə bağlı iddiası isə sadəcə əfsanədir. Halbuki İsrailin yüzlərlə nüvə başlığı var”.

Böyük Britaniyanın “The Guardian” qəzeti isə İranın Avropaya neft ixracının artdığını yazıb: “Son iki həftədə Aralıq dənizi bazarında İran nefti artıb. Bu vəziyyət isə Avropa Birliyinin İran neftinə tətbiq etdiyi sanksiyanın təsirli olduğu məsələsində şübhələri daha da artırır. Halbuki İrana qoyulan neft sanksiyasının məqsədi bu ölkənin neftdən gələn gəlirini azaltmaq idi, ancaq bu məqsədə nail oluna bilmədiyi görünür”. Xəbərdə qeyd olunur ki, İranda bu ilin fevral ayında yüklənən neft tankerləri Misirin Ayn Sahna limanına yanaşıb və İran nefti bu limanda Yaxın Şərqin digər ölkələrinin nefti ilə qarışdırılaraq Avropaya ixrac edilib.

Bu arada “Mehr” xəbər agentliyi İran Milli Neft Şirkətinin beynəlxalq işlər departamentinin son hesabatına əsaslanaraq, martın 2-də Asiya bazarlarında İran xam neftinin barelinin 125 dollar 35 sentdən satıldığını açıqlayıb. Xəbərdə bunun fevral ayının son günü ilə müqayisədə 2 dollar artım olduğu bildirilib: “Bundan əlavə, Şimal-Qərbi Avropa bazarlarına, Aralıq dənizi və Afrika hövzəsinə ixrac edilən İranın yüngül dərəcəli xam nefti müvafiq olaraq 123 dollar 29 sent, 124 dollar 24 sent və 122 dollar 99 sentdən müştərilərə satılıb. Nəticədə hər üç bazardakı İran yüngül dərəcəli neftinin qiyməti 2012-ci il fevral ayının sonunadək 1,5-2 dollar arasında artıb. Eyni zamanda İran ağır dərəcəli xam neftinin dünyanın dörd bir yanındakı bazarlarda qiyməti də artaraq 122 dollar 83 sentə çatıb və nəticədə Şimal-Qərbi Avropa bazarlarına, Aralıq dənizi və Afrika hövzəsinə ixrac olunan İran ağır dərəcəli xam nefti müvafiq olaraq 121 dollar 95 sent, 119 dollar 84 sent və 121 dollar 64 sentdən müştərilərə satılıb”.

Məlumatda Kanadadan ABŞ-a gündə orta hesabla 318 min barel neft ötürən boru kəmərində baş vermiş partlayış səbəbindən bir neçə gün içərisində neftin qiymətində ciddi bir artımın olacağı da qeyd edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR