Azərbaycan prezidenti “Bakıelektrikşəbəkə”nin “Gənclik” yarımstansiyasının, Tədris Mərkəzinin və “İçərişəhər” yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan prezidenti “Bakıelektrikşəbəkə”nin “Gənclik” yarımstansiyasının, Tədris Mərkəzinin və “İçərişəhər” yarımstansiyasının açılışında iştirak edib
# 16 mart 2012 15:42 (UTC +04:00)
APA-Economics”-in məlumatına görə, “Bakıelektrikşəbəkə” ASC-nin idarə heyətinin sədri Baba Rzayev yeni inşa olunan “Gənclik” yarımstansiyası ilə bağlı dövlət başçısına məlumat verib.

Bildirilib ki, elektrik enerjisi sahəsində görülən işlərin nəticəsi olaraq artıq “Bakıelektrikşəbəkə”də dairəvi təchizat sxeminin tətbiqinə başlanıb. Yaxınlıqdakı ərazidə yerləşən bir sıra obyektləri elektrik enerjisi ilə qidalandıracaq “Gənclik” yarımstansiyası “Səngəçal”-“Xırdalan” sistem yarımstansiyaları arasında yaradılmış 110 kilovoltluq iki şüalı, Bakı II dairəvi elektrik sxeminin tərkib hissəsidir. Gənclik meydanı və ətraf ərazilərdəki idarə və müəssisələrin enerji təminatını yaxşılaşdırmaq məqsədilə tikilən 35/10 kilovoltluq “Gənclik” yarımstansiyası paylayıcı şəbəkə üçün müstəsna əhəmiyyətə malikdir.

Bu yarımstansiyaların şəbəkələrinin genişləndirilməsi obyektlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında xüsusi əhəmiyyət kəsb edir. Ərazidə yerləşən idarə və müəssisələrin enerji mənbəyi olan “Gənclik” yarımstansiyası 215 və 96 saylı yarımstansiyalar arasında uzlaşaraq, 35 kilovoltluq elektrik əlaqəsinə malikdir ki, bu da qovşağın etibarlılığına və 35 kilovoltluq dairəvi sxemin yaradılmasına xidmət edir.

Yarımstansiyanın ətrafında yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri görülüb.

Prezident İlham Əliyev “Bakıelektrikşəbəkə” ASC-nin Tədris Mərkəzində yaradılan şəraitlə də tanış olub. Dövlət başçısı mərkəzdə quraşdırılan müxtəlif texniki avadanlıqlara baxıb. Mərkəzin ikinci mərtəbəsində 10/04 kilovoltluq iki yarımstansiya, rele mühafizəsi və avtomat elektrik avadanlığı və kabel xətlərinin sınaqları, dispetçer SCADA idarəetmə sistemi bölmələri, alternativ və bərpa olunan enerji mənbələri üzrə sinif otaqları və konfrans zalı yerləşir. Tədris Mərkəzinin dünyanın ən qabaqcıl texnologiyası ilə təchiz edildiyi qeyd olunub. Tədris prosesində elektrik şəbəkəsinin idarə olunması avtomatlaşdırılmış sistem vasitəsilə həyata keçiriləcək. Dövlət başçısı 110 kilovoltluq eleqaz açarının məsafədən idarə olunması prosesini həyata keçirib.

Sonra “Bakıelektrikşəbəkə” ASC tərəfindən yeni inşa olunan 110 və 35 kilovoltluq yarımstansiyaların slaydları nümayiş etdirilib. Bakı şəhərində ilk dəfə olaraq 110 kilovoltluq dairəvi elektrik sisteminin yaradıldığı bildirilib.

Mərkəzin tədris otaqları müasir əyani vəsaitlər, avadanlıq və kompyuter texnologiyası ilə tam təmin edilib. Burada istehlakçıların dünya standartlarına uyğun elektrik enerjisi ilə təmin etmək üçün tətbiq edilən avadanlıqdan yüksək peşəkarlıqla istifadə etmək üçün şəbəkə işçilərinə müvafiq kurslar təşkil olunacağı bildirilib. Kursların keçirilməsinə qabaqcıl ölkələrin mütəxəssisləri və yerli kadrlar cəlb olunacaq. Tədris Mərkəzində şəbəkə işçiləri ilə yanaşı, ali məktəbi bitirən məzunlar da ixtisaslarını artıracaqlar. Kursları bitirənlərə xüsusi sertifikatlar veriləcək.

“Bakıelektrikşəbəkə” ASC-nin Tədris Mərkəzində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev yüksək gərginlikli kabellərin diaqnostika və sınağı zamanı tətbiq edilən səyyar elektrotexnika laboratoriya kompleksi ilə də tanış olub.

Sonra dövlət başçısı “İçərişəhər” yarımstansiyasının açılışında iştirak edib. Qeyd olunub ki, “İçərişəhər” yarımstansiyası “Müşfiq”-“Xırdalan” sistem yarımstansiyaları arasında yaradılmış 110 kilovoltluq iki şüalı, Bakı I dairəvi elektrik sxeminin tərkib hissəsidir. “İçərişəhər” yarımstansiyası “Siemens” şirkətinin əməkdaşları tərəfindən quraşdırılan eleqaz izolə sistem şinli yarımstansiyadır. “İçərişəhər” yarımstansiyası şəhərin mərkəzi hissələrini, yarımstansiyasının ətrafındakı obyektlərin, yaşayış sahələrinin enerji təchizatını təmin etməklə yanaşı, həm də dairəvi sxemin yaradılmasında texniki əhəmiyyət kəsb edən və hazırda uğurla istismar olunan güc yarımstansiyasıdır. Yarımstansiyanın 35 və 6 kilovoltluq dövrələrindən qidalanan şəbəkələr, digər qovşaq yarımstansiyalarının şəbəkələri ilə əlaqələndirilərək etibarlı və dayanıqlı şəbəkə yaradılıb.

Yarımstansiyanın bütün elektrik avadanlığı, rele mühafizəsi və avtomat qurğuları SCADA məsafədən idarə etmə sisteminə qoşulmaqla sadə, asan və operativ idarə olunur. Yarımstansiyada elektrik avadanlığı, materialların yanğından və partlayışdan mühafizəsi üçün yanğın əleyhinə siqnalizasiya sistemi də quraşdırılıb. Dövlət başçısı 40 meqavatlıq transformatoru işə salıb. Yarımstansiya ilə tanışlıqdan sonra prezident müvafiq tapşırıqlarını verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR