Proqnoz: Neftin qiyməti 240 dollara qalxa bilər

Proqnoz: Neftin qiyməti 240 dollara qalxa bilər
# 26 mart 2012 07:53 (UTC +04:00)
APA-nın «Fars» xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ-ın Enerji və İqtisadiyyat Mərkəzi hesabat yayıb.

Sənəddə bildirilir ki, neftin qiymətinin qalxması dünya iqtisadiyyatına çox mənfi təsir göstərəcək: «Hazırda dünya iqtisadiyyatı üçün ən böyük təhlükə neftin qiymətinin artması ilə bağlıdır. Bu, dünya iqtisadiyyatının inkişafına mənfi təsir göstərəcək».

Mərkəz İrana qarşı tətbiq olunan sanksiyaları da qeyd edərək bunun Kanada iqtisadiyyatına da mənfi təsirinin olacağını vurğulayıb: «Kanada dünyanın ən çox neft istehlak edən ölkələrindən biridir. Hörmüz boğazının bağlanması bu ölkənin də iqtisadiyyatına zərər vuracaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR