Qazax və Yevlax rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Qazax və Yevlax rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
# 24 may 2012 16:02 (UTC +04:00)
Bakı - APA-Economics. Qazax və Yevlax rayonlarına qaz verilişində məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 25 may 2012-ci il tarixdə saat 10:00-dan 18:00-dək “Qazax” Qazpaylayıcı Stansiyası və “Ağköynək” Avtomatik Qazpaylayıcı Stansiyasından, saat 09.00-dan 17.00-dək isə “Yevlax-1” və “Yeni Yevlax-1” (Cırdaxan) Qazpaylayıcı Stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Qazax şəhərinin bir hissəsinə, həmçinin Yevlax şəhəri də daxil olmaqla, rayonun Cırdaxan, Salahlı, Varvara, Balçılı və Ağqıraqlı kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR