Azərbaycanın kimya sənayesi Almaniyada müzakirə olunacaq

Azərbaycanın kimya sənayesi Almaniyada müzakirə olunacaq
# 30 may 2012 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 18-22-də Frankfurtda (Almaniya) ACHEMA Dünya Biznes Forumu keçiriləcək.
Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, forum çərçivəsində iyunun 20-də «Azərbaycan 2025: kimya emalı sənayesi yüksəliş yolunda» adlı müzakirə təşkil ediləcək. Müzakirədə ARDNŞ-ın Neft-qaz emalı və neft-kimya kompleksi layihəsi məsələləri üzrə Departamentinin layihə üzrə işlərin təşkili şöbəsinin böyük mühəndisi Orxan Cəfərov, texniki nəzarət və texnoloji mühəndislik şöbəsinin böyük texnoloqu Qabil Mikayılov, ARDNŞ-ın Almaniyadakı nümayəndəsi Elmar Məmmədov və onun müşaviri Nazim Əliyev iştirak edərək şirkətin uzunmüddətli layihələri barədə məlumat verəcək və resursların inkişaf etdirilməsi prinsipləri haqusyda danışacaqlar.
Qeyd edək ki, ACHEMA emal sənayesi üzrə dünya forumu və kimya texnologiyaları, ətraf mühitin mühafizəsi və biotexnologiya üzrə müasir texnoloji sammitdir. Sayca 30-cu olan bu sammitdə müvafiq sahələri təmsil edən səlahiyyətli şəxslər və ekspertlər iştirak edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR