Dünya bazarında neftin qiyməti 9 aylıq minimuma enib

Dünya bazarında neftin qiyməti 9 aylıq minimuma enib
# 02 iyun 2012 08:35 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, sonuncu dəfə Brent markalı neftin qiyməti 100 dollardan aşağı səviyyəyə 2011-ci ilin oktyabrında enib.

Eyni zamanda, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti də 3,05 dollar və ya 3,5% azalaraq 1 barelə görə 83,48 dollara enib.

Neftin son zamanlar davamlı ucuzlaşması bir neçə amillə bağlı ola bilər. Bu amillər sırasında OPEC tərəfindən neft hasilatının artırılması, ABŞ-da neft ehtiyatlarının artması və son vaxtlar dolların məzənnəsinin möhkəmlənməsini qeyd etmək olar. Ekspertlərin fikrincə, neftin ucuzlaşması bütün bu amillərin təsiri altında baş verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR