İranın energetika naziri Ermənistana gedib

İranın energetika naziri Ermənistana gedib
# 04 iyun 2012 08:39 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın energetika naziri Məcid Namcu Ermənistanda səfərdədir.

APA-nın İRİB-ə istinadən məlumatına görə, o, səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşərək ona İran prezidenti Mahmud Əhmədinejadın bu ilin avqust ayında Tehranda keçiriləcək Qoşulmama Hərəkatının yığıncağına dəvət məktubunu təqdim edib. Görüşdə tərəflər iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Bundan əlavə, M.Namcu Ermənistanın energetika naziri Armen Movsiyanla da görüşüb. Görüşdə iki ölkə arasında ortaq layihələrin həyata keçirilməsi üçün maneələrin qaldırılmasının vacibliyi bildirilib. Eyni zamanda A.Movsiyan Araz çayı üzərində su elektrik stansiyasının tikilməsinin iki ölkə xalqlarının faydasına olacağını söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR