Boliviyada hasilat sahələrində fəaliyyət göstərən bütün müəssisələr milliləşdirilib

Boliviyada hasilat sahələrində fəaliyyət göstərən bütün müəssisələr milliləşdirilib
# 04 iyun 2012 12:24 (UTC +04:00)
Bakı - APA-Economics. Boliviya prezidenti Evo Morales ölkə iqtisadiyyatının hasilat sahələrində fəaliyyət göstərən bütün müəssisələri milliləşdirib.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, E.Morales bəyan edib ki, energetika, rabitə və su təchizatı fəaliyyəti ilə məşğul olan şirkətlər özəl ola bilməzlər.

Qeyd edək ki, E.Morales 2006-cı ildə Boliviya iqtisadiyyatının neft və qaz sahələrini, 2008-ci ildə milli telekommunikasiya şirkətini, 2010-cu ildə dörd energetika şirkətini milliləşdirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR