Azərbaycan Kulevidə polipropilenin qəbulu və yüklənməsi kompleksini istifadəyə verib

Azərbaycan Kulevidə polipropilenin qəbulu və yüklənməsi kompleksini istifadəyə verib
# 04 iyun 2012 13:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gürcüstanın Kulevi Qara dəniz Terminalında polipropilenin qəbulu və yüklənməsi üzrə kompleksin açılış və istismara verilməsi mərasimi keçirilib.
Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, açılış mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev, Gürcüstanın Xobi rayonunun başçısı Qoqa Qurtskaya və ARDNŞ rəhbərliyinin digər nümayəndələri iştirak ediblər.
Layihənin sifarişçisi qismində ARDNŞ-ın «Azərikimya» İstehsalat Birliyi çıxış edib. Şirkətin «Neftqazelmitədqiqatlayihə» İnstitutu tərəfindən hazırlanmış layihəyə əsasən, obyektin tərkibinə kompressorlar, transformatorlar, azot stansiyası və polipropilenin ötürülməsi üçün estakada daxildir. Kompleksdə məhsul qaz tankerlərinə birbaşa olaraq dəmiryolu sisternlərindən yüklənəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR