Azərbaycan Ceyhan limanından neft ixracından 7% azaldıb

Azərbaycan Ceyhan limanından neft ixracından 7% azaldıb
# 04 iyun 2012 14:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk limanından 164 428 ton, Supsa limanından 165 629 ton, Ceyhan limanından isə 1 716 872 ton xam neft ixrac edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, may ayında Novorossiysk limanından ixrac olunmuş xam neftin həcmi əvvəlki aya nisbətən 3,1%, Supsa limanından 2,6% artıb, Ceyhan limanından isə 7,1% azalıb.

Ümumilikdə, cari ilin yanvar-may ayları ərzində Novorossiysk limanından 820 742 ton, Supsa limanından 1 215 672 ton, Ceyhan limanından isə 8 733 603 ton xam neft ixrac edilib. Ötən ilin analoji dövrünə nisbətən Novorossiysk limanından ixrac olunmuş xam neftin həcmi 10,8%, Ceyhan limanından 10,4% azalıb, Supsa limanından isə 2,6% artıb.

Qeyd edək ki, ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-a məxsus xam neft həcmlərini əks etdirir.

Xatırladaq ki, may ayında dünya bazarında «Brent» tipli xam neftin 1 bareli 110,20 ABŞ dollarına, «Urals» nefti - 109,13 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 112,55 dollara satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR