ARDNŞ xarici banklardan kredit cəlb etmək niyyətindədir

ARDNŞ xarici banklardan kredit cəlb etmək niyyətindədir
# 05 iyun 2012 10:01 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bunu ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, xarici banklardan kredit cəlb etmək avrobonddan daha ucuz başa gəlir: “Biz bir sıra xarici banklarla kredit cəlb etmək üçün danışıqlar aparırıq ki, ilin sonunadək ARDNŞ-a 500 mln. dollaradək vəsait lazım olacaq. Bu vəsaitin təxminən 130 mln. dolları Türkiyədə inşa olunacaq “STAR” neft emalı zavoduna yönəldiləcək, vəsaitin qalan hissəsi isə ARDNŞ-ın daxili investisiyaları, İsveçrədə yanacaqdoldurma məntəqələrinin rebrendinqi, Ukraynada apardığımız işlər, Gürcüstanın qazlaşdırılması, həmçinin daxili tələbat üçün lazımdır”.

S.Qasımov qeyd edib ki, sadalanan işlərin həyata keçirilməsi üçün ARDNŞ “BNP Paribas”, ING, RBS, “Natixis Bank”, “City Bank”, “J.P. Morgan”, “Deutsche Bank”, “Yapı Kredi Bank”, “UniCredit”, VTB və digər maliyyə təşkilatlarına müraciət edib: “Hansı təşkilat krediti əlverişli şərtlə təqdim etsə, həmin bankdan kredit cəlb olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR