ARDNŞ-ın xarici borcu 1,6 mlrd. dollar təşkil edir

ARDNŞ-ın xarici borcu 1,6 mlrd. dollar təşkil edir
# 05 iyun 2012 10:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) xarici borcu təxminən 1,6 mlrd. dollar təşkil edir. “APA-Economics”in məlumatına görə, bunu ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, ARDNŞ-ın bu borcu 5 müəssisəni, o cümlədən “Azneft” İB, iki emal zavodu, marketinq idarəsi və baş ofisi əhatə edir.

Borcun strukturuna gəldikdə, buraya 500 mln. dollarlıq avrobond, 500 mln. manatı dövlət təminatı olan borc, hərəsi təxminən 100-150 mln. dollar olmaqla “Natixis Bank” və “Yapi Kredi Bank”a, 60 mln. dollar isə “BNP Paribas” banka olan borclardır.

S.Qasımovun sözlərinə görə, hazırda mövcud olan borcun həcmi tam idarə olunandır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR