Azərbaycanda may ayında 27 yaşayış məntəqəsi qazlaşdırılıb

Azərbaycanda may ayında 27 yaşayış məntəqəsi qazlaşdırılıb
# 05 iyun 2012 15:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2012-ci ilin may ayı ərzində ölkənin 14 rayonunun 27 kəndinə təbii qaz verilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə 5 936 abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb, ümumi uzunluğu 346 184 metrdən çox müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib.

Təbii qazla təmin olunan yaşayış məntəqələrindən Sabirabad rayonunun Nərimanabad, Goranboy rayonunun Hacallı, Qarqucaq və Şəfibəyli, Şamaxı rayonunun Kələxana, Yardımlı rayonunun Əngövül, Şamaxı rayonunun Qızmeydan, Əhmədli və Hacılı, Masallı rayonunun Gəyəçöl, Ağsu rayonunun Qaravəlli və Bəyimli, Ağcabədi rayonunun Sarvanlar, Balakən rayonunun Püştətala, Beyləqan rayonunun Tatallar, Füzuli rayonunun Alxanlı, Ağdam rayonunun Xındırıstan-Dadaşlı, İmişli rayonunun Yalavac, Quba rayonunun Çartəpə, Aşağı Xuc, Orta Xuc, Aşağı Atuc və Susay qışlaq kəndlərini, eləcə də Göygöl rayonunda məcburi köçkünlər üçün salınmış Murovdağ qəsəbəsini, Ağdam rayonunun I Baharlı və II Baharlı qəsəbələrini göstərmək olar. Bu kənd və qəsəbələrə ilk dəfə olaraq təbii qaz verilib. Yardımlı rayonunun Əngövül kəndi istisna olmaqla, qalan bütün yaşayış məntəqələri birpilləli sistem əsasında qazlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR