Azərbaycanda qaz hasilatı 2015-ci ildə 20 mlrd. kubmetrə çatacaq

Azərbaycanda qaz hasilatı 2015-ci ildə 20 mlrd. kubmetrə çatacaq
# 06 iyun 2012 08:58 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən 19-cu Beynəlxalq Neft və Qaz Konfransında çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Ölkənin neft-qaz hasilatı və ehtiyatlarından danışan X. Yusifzadə qeyd edib ki, hazırda «Azəri-Çıraq-Günəşli» strukturunun qaz ehtiyatı 350 mlrd. kubmetr təşkil edir, buradakı kondensat ehtiyatı isə 45 mln. tondur.

«Şahdəniz» yatağında qaz ehtiyatı 1,3 trln. kubmetr, kondensat ehtiyatı isə 240 mln. ton təşkil edir: «Ümumiyyətlə, «Şahdəniz»in ikinci fazası çərçivəsində illik qaz hasilatı 16 mlrd. kubmetr təşkil edəcək, yatağın birinci və ikinci fazalarının işlənməsi nəticəsində isə qaz hasilatı 26 mlrd. kubmetrə çatdırılacaq».

X. Yusifzadə onu da bildirib ki, «Ümid» yatağının qaz ehtiyatı 200 mlrd. kubmetr, kondensat ehtiyatı 40 mln. ton, «Babək» yatağında isə müvafiq olaraq 400 mlrd. kubmetr və 80 mln. ton təşkil edir.

Dövlət Neft Şirkətinin vitse-prezidenti həmçinin qeyd edib ki, yaxın gələcəkdə ARDNŞ Almaniyanın RWE şirkəti ilə «Naxçıvan», BP şirkəti ilə isə «Şəfəq-Asiman» strukturlarında kəşfiyyat işlərinə başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR