Litva Azərbaycan qazında maraqlıdır

Litva Azərbaycan qazında maraqlıdır
# 06 iyun 2012 09:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Litva üçün təbii maye qaz tədarükçüsü kimi etibarlı mənbədir. "APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən 19-cu Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən Litvanın energetika naziri Arvidas Sekmokas bildirib.

Avropada maye qaz bazarının inkişafından danışan nazir həmçinin Baltik və Xəzər regionlarının bu sahədə mümkün əməkdaşlıq imkanlarına toxunub.

Avropanın maye qaza olduğu tələbatından danışan A. Sekmokas onu da bildirib ki, gələcəkdə Azərbaycan da Avropaya maye qaz ixrac edə bilər: "Biz hazırda maye qazı Litvaya tədarük edəcək ölkə axtarışındayıq ki, Litva bu sahədə bir ixracatçı ölkədən asılı olmasın. Azərbaycanla bu sahədə əməkdaşlıq etmək və ümumiyyətlə əlaqələri genişləndirmək niyyətindəyik".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR